HƏMAS şəhadətsevər əməliyyatı alqışlayıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i277166-hƏmas_şəhadətsevər_əməliyyatı_alqışlayıb
HƏMAS hərəkatı bildirib ki, fələstinli gəncin cümə günü İordan çayının qərb sahilinin mərkəzində Ramullahda həyata keçirdiyi şəhadətsevər əməliyyat sionis rejim hərbçilərinin Məscidül-Əqsaya qarşı hücumlarının artmasına cavab olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 22, 2017 09:36 Asia/Baku
  • HƏMAS şəhadətsevər əməliyyatı alqışlayıb
    HƏMAS şəhadətsevər əməliyyatı alqışlayıb

HƏMAS hərəkatı bildirib ki, fələstinli gəncin cümə günü İordan çayının qərb sahilinin mərkəzində Ramullahda həyata keçirdiyi şəhadətsevər əməliyyat sionis rejim hərbçilərinin Məscidül-Əqsaya qarşı hücumlarının artmasına cavab olub.

Fələstinli gənc Ömər Əbdül-Cəlil Əl-Əbd cümə axşamı şəhadətsevər əməliyyatda Ramullahın şərqində sionist sakinli Həlmiş qəsəbəsində 3 sionisti yaraladı və özü də sionistlərin atəşi nəticəsində şəhid oldu. 

İRİB-in verdiyi məlumata görə, Fələstini İslam Müqaviməti Hərəkatı HƏMAS bu gün bir bəyanat yayaraq Qüdsdə fələstinlilərə qarşı irqçi və radikal siyasətlərdə sionist rejimin məsuliyyət daşıdığını bildirib. 

Eyni zamanda Əl-Qəssam, Sərayəl-Qüds və Əl-Asifə Fələstin müqavimət qrupları bir bəyanat yayaraq sionist rejimə Məscidül-Əqsanın girişlərində elektron keçidlər quraşdıracağı təqdirdə bu rejimin onların sərt cavabı ilə üzləşəcəyini bildiriblər. 

Bəyanatda deyilir: Məscidül-Əqsa fələstinlilərin qırmızı xətti olub və olacaq, sionistlər ona yaxınlaşarlarsa yanacaqlar və Fələstin intifazələrinin hamısının qığılcımı sionist rejimin Məscidül-Əqsaya hücumu olmuşdur. 

Sionist rejim ötən həftənin cümə günündən Məscidül-Əqsada fələstinlilərlə gərgin qarşıdurmadan sonra özünün repressiv əməliyyatlarını gücləndirib və fələstinlilərin  məscidə daxil olmalarına məhdudiyyətlər tətbiq edib.