İyul 24, 2017 08:47 Asia/Baku
  • Yəmən ordusu Səudiyyə Ərəbistanını hədəfə alacaq
    Yəmən ordusu Səudiyyə Ərəbistanını hədəfə alacaq

Yəmən ordusu sözçüsünün müavini deyib: Yəmən ordusu Səudiyyə Ərəbistanının bu ölkəyə təcavüzünün davam edəcəyi təqdirdə, səudiyyənin həssas bölgələrini hədəfə alacaq.

Yəmən ordusu və xalq komitələrinin raket bölməsi dünən gecə Səudiyyə Ərəbistanının Yənbə vilayətində yerləşən neftayırma zavodunu uzaq mənzilli ballistik raketlə hədəfə alıb. Yerli qaynaqların məlumatlarına görə bu hücumda səudiyyənin neftayırma zavodu ağır ziyana məruz qalıb. 

Bu raket hücumundan sonra Əziz Raşid Yəmənin  önləyici hərbi gücünü vurğulayıb və səudiyyəlilərin Yəmənə qarşı təcavüzünün dayandırılmayacağı təqdirdə, bu ölkənin əsas bölgələrinin Yəmən tərəfindən hədəfə alınacağını bildirib. 

Yəmənin səudiyyə rejimi tərəfindən tam mühasirəyə alınmasına rəğmən Yəmən ordusu və xalq komitələrinin müdafiə gücü artmaqdadır. 

 

Teqlər