Suriyanın Şərqi Qutə məntəqəsinə ilk humanitar yardımlar daxil olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i277580-suriyanın_Şərqi_qutə_məntəqəsinə_ilk_humanitar_yardımlar_daxil_olub
Suriyada rus barışıq mərkəzi Suriyanın paytaxtı Dəməşqin ətrafında yerləşən Şərqi Qutə məntəqəsinə ilk humanitar yardımların daxil olmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 26, 2017 04:56 Asia/Baku
  • Suriyanın Şərqi Qutə məntəqəsinə ilk humanitar yardımlar daxil olub
    Suriyanın Şərqi Qutə məntəqəsinə ilk humanitar yardımlar daxil olub

Suriyada rus barışıq mərkəzi Suriyanın paytaxtı Dəməşqin ətrafında yerləşən Şərqi Qutə məntəqəsinə ilk humanitar yardımların daxil olmasından xəbər verib.

IRIB-nin məlumatına görə, humanitar yardımları daşıyan ilk karvan dünən Dəməşqin ətrafında yerləşən Şərqi Qutə məntəqəsinə daxil olub. Bu karvan on tonluq qida maddələri və ilkin tibbi ləvazimatlara şamil olur.

Suriyada rus barışıq mərkəzi bir bəyanatda bildirib ki, bu yardımlar Suriya hökumətilə müxalif olan qrupların nümayəndələrinin nəzarəti altında “Məxim Əlvafidin” məntəqəsində Rusiya hərbi polisinin yoxlama-buraxılış mərkəzində təhvil verilib və qida maddələrini daşıyan avtomobillər bu məntəqədən Duma şəhərinə göndərilibdir.

Bundan öncə Suriya ordusu və silahlı qüvvələrinin baş komandanlığı bir bəyanatda belə vurğulamışdı: Atəşkəs yerli vaxtla ötən şənbə günü saat on ikidən Suriyanın paytaxtı Dəməşqin ətrafında yerləşən Şərqi Qutə məntəqəsində bərqərar edilibdir.