Sionist rejimin məskənsalma işi Haaqaya göndərilir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i277682-sionist_rejimin_məskənsalma_işi_haaqaya_göndərilir
Fələstin Özünüidarə Təşkilatı sionist rejimin məskənsalma işini Beynəlxalq Haaqa Məhkəməsinə göndərmək ardıncadır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 26, 2017 16:27 Asia/Baku
  • Sionist rejimin məskənsalma işi Haaqaya göndərilir
    Sionist rejimin məskənsalma işi Haaqaya göndərilir

Fələstin Özünüidarə Təşkilatı sionist rejimin məskənsalma işini Beynəlxalq Haaqa Məhkəməsinə göndərmək ardıncadır.

İRNA-nın məlumatına görə, Fələstin Azadlığı Uğrunda Hərəkatın Mərkəzi Komitəsinin üzvü Səbri Seydəm Əlcəzirə xəbər televiziyası ilə müsahibədə deyib: Fələstin Özünüidarə Təşkilatının çərşənbə axşamı günü keçirilən iclasında qərara alınıb ki, sionist rejimin məskənsalma işi Beynəlxalq Haaqa Məhkəməsinə göndərilsin.

ABŞ prezidenti olaraq Donald Trampın Ağ Evə gəlişi ilə sionist rejim başçılarının həyasızlığı ikiqat artıb və Fələstin ərazilərində yeni qəsəbələrin salınması üçün hər gün yeni layihələr təsdiqlənir. Halbuki BMT Təhlükəsizlik Şurası bu qəsəbələrin salınması prosesinin durdurulmasına dair qətnamə təsdiqləmişdir.