Sionist rejimin yeni manevri
https://azeri.sahartv.ir/news/qərbi_asia-i278044-sionist_rejimin_yeni_manevri
Qüdsü işğal etmiş rejimin ordusu ümumi fikri öz məğlubiyyətlərindən yayındırmaq məqsədilə və Fələstin müqavimətinin qüdrəti və bacarığının artmasından qorxaraq, yeni manevr keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 30, 2017 06:20 Asia/Baku
  • Sionist rejimin yeni manevri
    Sionist rejimin yeni manevri

Qüdsü işğal etmiş rejimin ordusu ümumi fikri öz məğlubiyyətlərindən yayındırmaq məqsədilə və Fələstin müqavimətinin qüdrəti və bacarığının artmasından qorxaraq, yeni manevr keçirib.

Fars xəbər agentliyinin məlumatına görə, sionist rejimin ordusu işğal olunmuş məntəqələrin şimalında yerləşən Hayfa və Tirət Əlkərməl məntəqələrində yeni manevr keçirməsindən xəbər verib və bildirib ki, bu manevr şənbə günündən bazar ertəsi gününədək, sonra isə çərşənbə günündən cümə gününədək davam edəcək.

Sionist rejim militarizm və Amerikanın himayəsi ilə çalışır ki, qorxu hissi yaratmaq yolu ilə ümumi fikri bu rejimin problemlərindən yayındırmaqla özünün ekspansianist siyasətlərini region ölkələrinə qəbul etdirsin.

Bundan öncə, 2017-ci ilin may ayında ABŞ və sionist rejim ordularının hava qoşunları işğal olunmuş Fələstin ərazilərində müştərək manevr keçirdilər.