İran və Rusiya Suriya böhranının siyasi həllinə təkid ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i278294-İran_və_rusiya_suriya_böhranının_siyasi_həllinə_təkid_ediblər
İranın xarici işlər nazirinin ərəb və Afrika məsələləri üzrə müavini eləcə də Rusiya prezidentinin nümayəndəsi və Rusiyanın xarici işlər nazirinin Orta şərq məsələləri üzrə müavini Suriya böhranına son qoymaq üçün siyasi perspektivin yaradılmasının vacibliyini vurğulayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 01, 2017 14:41 Asia/Baku
  • İran və Rusiya Suriya böhranının siyasi həllinə təkid ediblər
    İran və Rusiya Suriya böhranının siyasi həllinə təkid ediblər

İranın xarici işlər nazirinin ərəb və Afrika məsələləri üzrə müavini eləcə də Rusiya prezidentinin nümayəndəsi və Rusiyanın xarici işlər nazirinin Orta şərq məsələləri üzrə müavini Suriya böhranına son qoymaq üçün siyasi perspektivin yaradılmasının vacibliyini vurğulayıblar.

İranın xarici işlər nazirinin ərəb və Afrika məsələləri üzrə müavini və suriya dövləti ilə suriyalı qruplar arasında müzakirə prossesində İranın yüksək səviyyəli müzakirəçisi  Hüseyn Cabiri Ənsari  bu gün Moskvada Rusiya xarici işlər nazirinin müavini və Rusiya prezidentinin Orta şərq məsələləri üzrə nümayəndəsi Mixail Boqdanov ilə görüşündə ölkələrin Suriya xalqına yardım üzrə öhdəlikli olmalarını və didərginlərin öz ev-eşiklərinə qayıtmaları üçün zəmin yaratmalarını istəyib. 

Cabiri Ənsari Suriyanın yenidən qurulmasının əhəmiyyətini vurğulayaraq deyib: İran Rusiya və Türkiyə Astana müzakirələri çərçivəsində bütün bu məsələləri araşdırmağa və ən yaxşı həll yolunu seçməyə səy göstərirlər. 

Bu görüşdə Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov da Astana sülh müzakirələrinin davam etdirilməsinin vacibliyini vurğulayıb.