Vəlid Müəllim: İran Suriyanın qələbələrinə şərikdir
-
Vəlid Müəllim: İran Suriyanın qələbələrinə şərikdir
Suriya xarici işlər naziri: İran İslam Respublikası Suriyada terrorizm əleyhinə döyüş cəbhələrindəki qələbələrə şərikdir.
İRİB-in məlumatına görə, Suriya xarici işlər naziri Vəlid Müəllim çərşənbə günü İran İslam Şurası Məclisi sədrinin beynəlxalq məsələlər üzrə xüsusi köməkçisi Hüseyn Əmir Abdullahianla Dəməşqdə görüşdə bildirib: Suriya bu ölkə xalqının təkfirçi terrorçular qarşısında müqavimətinə səbəb olan İslam İnqilabının Böyük Rəhbərinin bələdçilikləri və İran İslam Respublikası xalqı və dövlətinin dəstək mövqelərini alqışlayır.
Müəllim əlavə edib: İran İslam Respublikası və Rusiya Federasiyasının dəstəkləri olmadan terrorizm əleyhinə döyüşlərdə bu nailiyyətləri əldə etmək mümkün deyildi.
Hüseyn Əmir Abdullahian da bu görüşdə Suriya ordusu və müqavimət mehvərinin terror qrupları, xüsusilə də İŞİD terrorçularının məğlubiyyət astanasında olduğu Suriyanın şərqindəki cəbhələrində son qələbələri münasibəti ilə Suriya xalqı, dövləti və prezidentini təbrik edib.