Avq 04, 2017 17:39 Asia/Baku
  • Məsud Barzani
    Məsud Barzani

Babiliyun Xristian Batalyonları katibi Rayan Kildani İraq Kürdüstanı başçısı Məsud Barzaninin onu Ərbilə dəvətini və onunla görüşməsini qəbul etməyib.

İRİB-in məlumatına görə, Rayan Kildani Məsud Barzaninin dəvətini rədd etməsinin səbəbini İraq xristianlarının Kürdüstanın bu ölkədən ayrılmasına qarşı olması ilə əlaqələndirib, onunla görüşü kürdlərin İraq Kürdüstanının ayrılması referendumundan çəkinməsi və onların İraqın vahidliyinə sadiq qalması ilə şərtləndirib.

Rayan Kildani əlavə edib: Ərbil Kürdüstanın ayrılması ilə təhdid etməklə və İraq xalqı və dövlətinə öz məqsədlərini qəbul etdirməklə deyil, Bağdadla problemləri rəsmilərlə danışıqlar yolu ilə həll etməlidir.

Teqlər