Əlibadi: Əlhəşduşşəəbi buraxılmayacaq
İraqın baş naziri vurğulayıb: Əlhəşduşşəəbi heç vaxt buraxılmayacaq.
IRNA-nın məlumatına görə, Heydər Əlibadi bu gün "Cihad fitvası və qələbə" adı altında Bağdadda keçirilən konfransda deyib: İraqın xalq səfərbər qüvvələri-Əlhəşduşşəəbi İraq dövlətinin və Nəcəfi-Əşrəfdəki dini mərcəiyyətin rəhbərliyi altındadır və heç bir vəchlə buraxılmayacaqdır.
İraqın baş naziri İŞİD-in işğalında olan yerdə qalan məntəqələrin azad edilməsinin yaxınlaşdığına işarə edərək, söyləyib: İraqın bütün silahlı qüvvələri yerdə qalan məntəqələrin azad edilməsi əməliyyatında iştiraka israr edirlər və hazırda Tələfərin azad edilməsi üçün tədbirlər görülür.
İraq parlamenti 2016-cı il noyabrın 26-da səs çoxluğu ilə Əlhəşduşşəəbi-ni İraqın bütün silahlı qüvvələrinin bir hissəsi elan etdi.
İraqın xalq səfərbər qüvvələri-Əlhəşduşşəəbi müxtəlif iraqlı qüvvələrdən təşkil olunubdur ki, İraq şiələrinin böyük təqlid mərcəyi Ayətullah Sistaninin xahişi ilə Mosul şəhərinin süqut etməsilə bir zamanda, 2014-cü il iyunun onunda təşkil olundu.