Əl-İbadi: İraqın nailiyyətlərinin məhv olmasına imkan verməyəcəyik
https://azeri.sahartv.ir/news/qərbi_asia-i278806-Əl_İbadi_İraqın_nailiyyətlərinin_məhv_olmasına_imkan_verməyəcəyik
İraqın baş naziri deyib: İraqın terrorizm üzərində qələbəsi xalqın birliyi və iradəsi nəticəsində mümkün olub və kimsəyə bunu məhv etməyə imkan verməyəcəyik.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 06, 2017 04:15 Asia/Baku
  • Əl-İbadi: İraqın nailiyyətlərinin məhv olmasına imkan verməyəcəyik
    Əl-İbadi: İraqın nailiyyətlərinin məhv olmasına imkan verməyəcəyik

İraqın baş naziri deyib: İraqın terrorizm üzərində qələbəsi xalqın birliyi və iradəsi nəticəsində mümkün olub və kimsəyə bunu məhv etməyə imkan verməyəcəyik.

"Mərcəiyyətin fitvası və qələbə" mövzusunda keçirilən mərasimin kənarında Babil vilayətinin gəncləri ilə söhbət edən Heydər Əl-İbadi ad çəkmədən bəzilərinin İraq xalqını məyus etdiklərini deyib. 

Əl-İbadə bildirib: Biz öz əzmkarlığımız və sarsılmazlığımız nəticəsində qalib gəldik və korrupsiyaya qarşı islahatlar sahəsindədə belə edəcəyik. 

İRNA-nın bildirdiyinə görə, Əl-İbadi Hillə şəhərində keçirilən qələbə şənliyi mərasimində də Əl-Həşədüşşəbinin buraxılmasına dayir söz-söhbətlərə münasibət bildirərək demişdi ki, kimsəyə bunu etməyə icazə verilməyəcək. 

Son günlərdə sadəcə Müqtəda Sədr Əl-Həşədüşşəbinin taleyi barədə fikir bildirmişdir. Onun sözləri İraqda siyasi cərəyanların reaksiyasına səbəb olub.