İraqda amerikanların pozğunluqları ilə mübarizə üzrə komitənin təşkili istənilib
-
İraqda amerikanların pozğunluqları ilə mübarizə üzrə komitənin təşkili istənilib
İraqın vitse-prezidenti amerikalı qüvvələrin Əlhəşduşşəbi məcmuəsinin altında olan qruplardan birinə hücumuna reaksiyada İraqda amerikanların pozğunluqları ilə mübarizə üzrə komitənin təşkil olunmasını istəyib.
Amerika qırıcıları bazar ertəsi günü İraq-Suriya sərhəd zolağında Əlhəşduşşəbi məcmuəsi altındakı qruplardan olan "Kətaib Seyyiduşşuhəda" qrupunun mövqelərini hədəfə alıblar; bu hücumda İraqın xalq könüllü qüvvələrindən qırx nəfər həlak olub, əlli nəfər də yaralanıbdır.
IRNA-nın məlumatına görə, İraqın vitse-prezidenti Nuri Əlmaliki dünən bir bəyanat yayaraq bildirib: Amerikalıların qanun pozuntuları fərdi və qeyri-müntəzəm hədəfəalma məsələlərindən ötüb keçibdir və zəruridir ki, amerikalıların İraqdakı qanun pozuntuları ilə mübarizə üçün bir ali komitə formalaşsın.
İraqın sabiq baş naziri deyib: Belə bir sual ortaya çıxır ki, nə üçün bu hadisə silahlı qüvvələrin və Əlhəşduşşəbi qüvvələrinin döyüş meydanlarında İŞİD terror qrupu üzərindəki qələbələri ilə bir zamanda baş veribdir?
Əlhəşduşşəbi-nin baş üzvlərindən olan Kərim Əlnuri də Amerikanın Əlhəşduşşəbi məcmuəsi altındakı qruplardan olan "Kətaib Seyyiduşşuhəda" qrupunun mövqelərinə qarşı hücumu barədə belə deyib: Bu hücum səhvən baş verməyib və göstərdi ki, Amerika nə qədər təhdid hesab olunur.