Barizani referenduma israrlıdır
İraqın Kürdüstan bölgəsinin başçısı bu bölgənin İraqdan ayrılması üzrə referendumun keçirilməsinə təkrar təkid edib.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, İraq kürdüstanının başçısı Məsud Barizani bu gün bu bölgənin dini rəhbərləri ilə görüşündə deyib: Bölgədə referendum öncə müəyyənləşdirildiyi vaxtda yəni cari ilin sentyabr ayının 25-də keçiriləcək və bu zaman təxirə salınmayacaq.
İraq Kürdüstanının başçısı bu regionun İraqdan ayrılması üzrə referendumun keçirilməsinə elə bir şəraitdə təkid edir ki, müxtəlif iraqlı qüvvələr, İraqın mərkəzi hökuməti bu referendumun əleyhinədir. Son vaxtlar Ərbildən bir heyət Bağdadda iraqlı rəsmilərlə görüşərək referendum mövzusunu müzakirə etdilər.
Barizaninin İraq Kürdüstanının İraqdan ayrılması üzrə referendumun keçirilməsinə israrları ilə eyni zamanda ABŞ-ın müdafiə naziri Ceyms Mattis bu gün səhər Bağdada daxil olub və onun Ərbilə səfəri gözlənilir.
İran İslam Respublikası, Türkiyə, Suriya və Rusiya İraq Kürdüstanında ayrılma üzrə referendumun keçirilməsinin əleyhinədirlər və bu təşəbbüsün regionda destabilliyi daha da artıracağını bildirirlər.