Avq 26, 2017 16:22 Asia/Baku
  • Beynəlxalq Amnistiya Təşkilatı Yəməndə təhqiqatlara çağırıb
    Beynəlxalq Amnistiya Təşkilatı Yəməndə təhqiqatlara çağırıb

Beynəlxalq Amnistiya Təşkilatı Birləşmiş Millətlər Təşkilatından Səudiyyə koalisiyasının Yəmənə qarşı son cinayətləri və Sənaya son hava hücumları ilə əlaqədar hesabatları araşdırmasını istəyib.

İspotnik xəbər agentliyinin verdiyi məlumata görə, Beynəlxalq Amnistiya Təşkilatının Orta şərq üzrə araşdırma direktoru Lin Malof bir bəyanat yayaraq Səudiyyə Ərəbistanının Yəməndə cinayət törətdiyinə və insan haqlarını pozduğuna görə beynəlxalq qanunlar əsasında cavabdeh olmasını vurğulayıb. 

Öncə bildirilmişdi ki, cümə günü Sənaya hava hücumunda 14 mülki ölüb və 10 nəfər yaralanıb. Ölənlərin 5 nəfəri uşaqlardan ibarətdir. 

BMT ötən miladi ilində hüquq müdafiəçilərinin tənqidlərinə rəğmən Səudiyyə koalisiyasının adını uşaq hüquqlarını pozanların qara siyahısından çıxartdı. 

Səudiyyə Ərəbistanı ABŞ və bəzi ərəb ölkələrinin dəstəyi ilə 2015-ci il mart ayında Yəmənə hərbi təcavüz etdi və bu ölkəni quru, dəniz və havadan mühasirəyə aldı. Bu təcavüzün bəhanəsi Yəmənin istefa vermiş prezidenti Əbd Rəbbə Mənsur Hadini hakimiyyətə qaytarmaq idi. 

Səudiyyə rejiminin Yəmənə qarşı  hərbi təcavüzü nəticəsində indiyədək 12 min yəmənli ölüb, on minlərlə əhali yaralanıb, milyonlarla insan didərgin düşüb və ölkənin infrasturukturu məhv olub. 

Teqlər