Sen 03, 2017 19:36 Asia/Baku
  • İsrail polisi sualtı qayıq işi ilə bağlı 6 nəfərin saxlanılmasından xəbər verib

İsrailin baş naziri Benyamin Netanyahunun korrupsiyası ilə bağlı ifşaçılıqların ardınca İsrail polisi 6 nəfərin o cümlədən yüksək səviyyəli rəsmilərdən 2-nin həbs edilməsindən xəbər verib.

İRİB-nin verdiyi məlumata görə, İsrail polisi bu gün ehtiyatda olan ordu zabiti, Dəniz Qoşunlarının sabiq komandanı  Eliezer Marum və baş nazir Benyamin Netanyahunun ofisində çalışan yüksək səviyyəli bir İsrail rəsmisinin də aralarında adı olan 6 nəfərin həbs edilməsindən xəbər verib. Bu şəxslər sualtı qayıq işi ilə əlaqədar saxlanılıblar. 

Netanyahu İsrail və Almaniya arasında sualtı qayıq alınması barədə imzalanmış müqavilədə milyonlarla dollar məbləğində rüşvət almaqda ittiham edilir. 

İsraildə çıxan Maariv qəzeti bir müddət öncə Almaniyadan 3 ədəd sualtı qayığın alınması barədə xəbər dərc edərək, bu sualtı qayıqların 1.3 milyard dollara satın alındığını ifşa etmişdi. 

Yerli müxalifət Netanyahunun şəxsi vəkili olan David Şimronun bu sualtı qayıqların satın alınması müqaviləsində Almaniya şirkətinin təmsilçisi rolundan çıxış etdiyini bildirirlər. 

Minlərlə israilli aksiya keçirərək, baş nazir Benyamin Netanyahunun mühakimə edilməsini istəyib. 

Teqlər