Sen 06, 2017 10:27 Asia/Baku
  • Fələstinlilərin mənzillərinin dağıdılması haqda xəbərdarlıq

İşğal olunmuş Fələstində bir insan haqları qrupu xəbərdarlıq edib ki, sionist rejim başçıları fələstinlilərin mənzilləri və obyektlərini dağıdaraq müharibə cinayəti törədirlər.

İRİB-in məlumatına görə, Betslim adlı insan haqları qrupu çərşənbə axşamı günü sionist rejim başçılarına məktub ünvanlayaraq xəbərdarlıq edib ki, Sosya və əl-Xan əl-Əhmər obyektlərinin dağıdılması üzrə qərar müharibə cinayəti hesab olunur, bu qərar icra olunarsa, sionist başçılar cavabdeh olmalıdırlar. 

Məlumata görə, İordan çayının qərb sahilində yerləşən Sosya yaşayış obyektində 200 nəfərə şamil 32 ailə, əl-Xan əl-Əhmər obyektində isə 146 nəfərə şamil olan 21 ailə yaşayır. 

İsrail rejimi Məaliyə Edumim qəsəbəsini genişləndirmək məqsədilə bu iki obyekti dağıtmaq niyyətindədir. 

Teqlər