Sen 07, 2017 08:56 Asia/Baku
  • BAT: Ali-Xəlifə rejimi müxaliflərini işgəncə edir
    BAT: Ali-Xəlifə rejimi müxaliflərini işgəncə edir

Beynəlxaq Amnistiya Təşkilatı dünən gecə yaydığı hesabatda bildirib ki, Ali-Xəlifə rejimi tənqidçiləri həbs edir və onlara işgəncələr verir.

İRNA-nın verdiyi məlumata görə, BAT bildirib ki, Ali-Xəlifə rejiminin başçıları Bəhreyndə demokratik təsisatları məhv etmək üçün bütün metodlardan istifadə edirlər. 

BAT-ın hesabatında deyilir: Ali-Xəlifə rejiminin təhlükəsilzik qüvvələri cari miladi ilinin başlanğıcından bəri etirazçıları dağıtmaq üçün zorakı metodlar tətbiq edir və bu metod gün-gündən kəskinləşir. 

BAT Bəhreyndə məhbusların işgəncə edilməsi barədə ciddi tədqiqatların aparılmalı olduğunu bildirərək deyib: Bəhreynin xaricdə yaşayan hüquq müdafiəçiləri də Ali-Xəlifə rejimi tərəfindən təhdidlərə və təzyiqlərə məruz qalırlar.  

Teqlər