İraq təhlükəsizlik kabineti referendumun keçirilməsinə qarşı çıxdı
-
İraq təhlükəsizlik kabineti referendumun keçirilməsinə qarşı çıxdı
İraqın təhlükəsizlik kabineti kürd muxtariyyətinin İraqdan ayrılması üzrə referendumun keçirilməsinə qarşı olduğunu rəsmən elan edib.
Küveyt İnformasiya Agentliyinin Bağdaddan verdiyi məlumata görə, İraq hökuməti bir bəyanatda bildirib: İraq baş naziri Heydər əl-İbadinin başçılığı ilə Milli Təhlükəsizlik Nazirliyinin Şurası bazar günü kürd muxtariyyətinin İraqdan ayrılması üzrə referendumun keçirilməsinə qarşı olduğunu açıq şəkildə bildirib və onu qeyri-qanuni və İraqın milli təhlükəsizliyi və birliyinə təhdid adlandırıb.
İraqın təhlükəsizlik kabineti birlik, müstəqillik, ərazi bütövlüyü və vətəndaşların təhlükəsizliyi haqda öz açıq-aydın mövqeyini vurğulayıb və bildirib: Ölkə və vətəndaşların təhlükəsizliyini hədələyən istənilən addıma qarşıdır.
İraq təhlükəsizlik kabineti əlavə edib: Bütün etnosları ilə İraq vətəndaşlarının təhlükəsizliyinin reallaşması üçün çalışır, İraqın təhlükəsizliyinin qorunması və vətəndaşlar arasında dinc yanaşı yaşamanın mövcud olmasını istəyir.
İraqın kürd muxtariyyətinin referendum üzrə ali heyəti bildirib: Bu muxtariyyətin İraqdan ayrılması üzrə referendum təyin olunan zamanda, 25 sentyabrda keçiriləcək.
İraq kürd muxtariyyətinin yerli parlamenti ötən cümə günü bu muxtariyyətin İraqdan ayrılması üzrə referendumun 25 sentyabrda keçirilməsini qəbul edib.
İraq Kürdüstanının referendumun keçirilməsinə israr etməsi İraq dövləti, müxtəlif İraq qrupları və region ölkələrinin ciddi reaksiyası ilə üzləşib.