Ərbil referendum haqda Bağdadla danışıqlar aparmağa çalışır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i282733-Ərbil_referendum_haqda_bağdadla_danışıqlar_aparmağa_çalışır
İraq kürd muxtariyyətinin referendum üzrə ali heyəti bildirib: İraqın mərkəzi hökuməti ilə danışıqlar aparmaq üçün Bağdada bir heyət ezam olunub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 18, 2017 06:19 Asia/Baku
  • Ərbil referendum haqda Bağdadla danışıqlar aparmağa çalışır
    Ərbil referendum haqda Bağdadla danışıqlar aparmağa çalışır

İraq kürd muxtariyyətinin referendum üzrə ali heyəti bildirib: İraqın mərkəzi hökuməti ilə danışıqlar aparmaq üçün Bağdada bir heyət ezam olunub.

Livanın əl-Məyadin televiziyasının məlumatına görə, İraq kürd muxtariyyəti bu ölkədən ayrılmaq üzrə referendumun keçirilməsi haqda danışıqlar aparmaq məqsədilə artıq ikinci dəfədir, Bağdada heyət ezam edir. 

Bundan öncə İraq kürd muxtariyyətinin referendum üzrə ali heyəti avqust ayının ortalarında İraqın mərkəzi hökuməti ilə danışıqlar aparmaq üçün Bağdada heyət ezam etmiş və İraq rəsmiləri, qonşu ölkələrin nümayəndələri və səfirləri ilə bir neçə gün sıx görüşlərin olmasına rəğmən, nəticəsiz Ərbilə qayıtmışdı. 

İraq hökuməti dəfələrlə Ərbil rəsmilərindən referendumun keçirilməsi yerinə müzakirələr masasına gəlməsini istəyib.