Sen 19, 2017 12:26 Asia/Baku
  • Sionist rejim Avropa Parlamenti heyətinin Qəzzəyə getməsinə mane olub
    Sionist rejim Avropa Parlamenti heyətinin Qəzzəyə getməsinə mane olub

Sionist rejim mühasirə nəticəsində Qəzzədə yaranan insan böhranının durumunu araşdırmaq üçün Avropa Parlamenti heyətinin Qəzzə zolağına getməsinə icazə verməyib.

İRİB-in məlumatına görə, Avropa Parlamentinin kiprli nümayəndəsi və Avropa Parlamentinin Fələstinlə Əlaqələr komitəsinin rəhbəri Neoklis Silikotis bazar ertəsi günü bir heyətin müşayiəti ilə İordan çayının qərb sahilinə daxil olub. Belə ki, sionist rejim həbsxanalarında olan fələstinli əsirlərin ailələri, insan haqları fəalları və hüquq təşkilatlarının rəsmiləri ilə görüşsün. 

Amma sionist rejim Avropa Parlamenti heyətinə bildirib ki, fələstinli əsirlərin ailələri ilə görüşmək və onların vəziyyətini araşdırması üçün Qəzzəyə getməsinə icazə verməyəcək. 

Teqlər