İraqın Ali İslami Məclisi Məsud Barizaniyə xəbərdarlıq edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i283671-İraqın_ali_İslami_məclisi_məsud_barizaniyə_xəbərdarlıq_edib
İraqın Ali İslami Məclisi İraq Kürdüstanı bölgəsinin İraqdan ayrılmaq üzrə keçirdiyi referenduma görə ağır xərc ödəməli olduğunu bildirərək deyib: Sionist rejimin Ərbilə dəsyəti ona heç bir fayda verməyəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 26, 2017 14:38 Asia/Baku
  • İraqın Ali İslami Məclisi Məsud Barizaniyə xəbərdarlıq edib
    İraqın Ali İslami Məclisi Məsud Barizaniyə xəbərdarlıq edib

İraqın Ali İslami Məclisi İraq Kürdüstanı bölgəsinin İraqdan ayrılmaq üzrə keçirdiyi referenduma görə ağır xərc ödəməli olduğunu bildirərək deyib: Sionist rejimin Ərbilə dəsyəti ona heç bir fayda verməyəcək.

İraqın Ali İslami Məclisi bir bəyanat yayaraq rəsmi Bağdadın və beynəlxalq ictimaiyyətin razılığı olmadan keçirilən referenduma görə, qarşıdakı günlərdə İraq Kürdüstanı bölgəsi ilə müharibə ehtimalı barədə xəbərdarlıq edib. 

İRİB-in verdiyi məlumata görə, İraqın Ali İslami Məclisinin rəhbərlərindən olan Fərat Əşşər də bu gün Bəğdad Əl-Yəum xəbər portalına verdiyi müsahibəsində deyib: İsrailin kürdlərə dəstək verməsi çox davam etməyəcək və İraq Kürdüstanı başçıları İsrailin ardınca getdiklərinə görə peşman olacaqlar və regionda beynəlxalq diplomatik  əməkdaşlıqları eləcə də İraq dövlətinin dəstəyini itirəcəklər.