Ayətullah Sistani Kürdüstan məntəqəsinin İraqdan ayrılmasına qarşı çıxıb
İraq şiələrinin ali təqlid mərcəyi bu ölkənin Kürdüstan məntəqəsində ayrılıq referendumunun keçirilməsinə qarşı çıxaraq, İraqı parçalamaq üzrə göstərilən səylərdən təəssüflənib və bütün tərəflərdən istəyibdir ki, əsas qanuna sadiq qalsınlar.
İraq şiələrinin ali təqlid mərcəyi Ayətullah Sistaninin nümayəndəsi Şeyx Əhməd Əlsafi Kərbəlanın cümə namazı xütbələrində deyib: İraq xalqı yenicə İŞİD terrorizmi problemindən çıxıb və iraqlı qüvvələrin fədakarlıqları hesabına ondan keçməkdədir ki, təəssüflə, bəzilərinin İraqı parçalamaq və Kürdüstan məntəqəsini bu ölkədən ayırmaq üzrə səyləri ilə bağlı yeni bir problem ilə üzləşibdir.
Ayətullah Sistaninin nümayəndəsi vurğulayıb: Daim İraqın birliyinin qorunması vacibliyini vurğulayan, həmçinin tayfaçılıq və qövçülüyün aradan götürülməsi üçün böyük səylər göstərmiş mərcəiyyət bütün tərəflərdən istəyir ki, İraqın əsas qanununa sadiq qalsınlar və İraqın federal məhkəməsinə müraciət edərək, onun hökmlərinə vəfalı olsunlar.
Şeyx Əhməd Əlsafi İraqda ayrılıq ilə bağlı addımların atılması barədə xəbərdarlıq edərək, deyib: Bu cür addımlar kürdlər üçün ağır nəticələrə gətirib çıxaracaq və əvəziödənilməz xətərlərlə nəticələnəcəkdir.