Həvicənin mərkəzinin azad olunması əməliyyatı başlandı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i284299-həvicənin_mərkəzinin_azad_olunması_əməliyyatı_başlandı
İraq ordusu hərbi rəsmiləri bildiriblər: Bu ölkə qüvvələri Kərkük vilayətində Həvicə şəhərini tam şəkildə azad etmək ərəfəsindədirlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 04, 2017 13:26 Asia/Baku
  • Həvicənin mərkəzinin azad olunması əməliyyatı başlandı

İraq ordusu hərbi rəsmiləri bildiriblər: Bu ölkə qüvvələri Kərkük vilayətində Həvicə şəhərini tam şəkildə azad etmək ərəfəsindədirlər.

Əl-Aləmin İraq televiziyasına istinadla verdiyi məlumata görə, Həvicənin azad olunması əməliyyatının komandanı Əbdüləmir Yarəllah çərşənbə günü deyib: Bu şəhərin mərkəzi və Ər-Riyaz bölgəsinin azad olunması əməliyyatı başlanıb.

Yarəllah ordu, polis, çevik reaksiya, Həşdüş-Şəəbi qüvvələrinin bu əməliyyatda iştirak etdiyini deyib: Bu əməliyyatda məqsəd Həvicənin mərkəzi, Ər-Riyaz və ətraf bölgələrin azad olunmasıdır.

Bədr təşkilatıın baş katibi və İraq xalq səfərbər qüvvələrinin komandanlarından Hadi əl-Amiri çərşənbə axşamı günü bildirib: Həvicədə 100 kənddən 90 kənd İŞİD terrorçularının işğalından tam şəkildə azad olunub.
İraq ordusu və xalq səfərbər qüvvələri 22 sentyabrda Həvicənin azad olunması əməliyyatının 2-ci etapını üç istiqamətdən başlayıblar.