Okt 07, 2017 11:16 Asia/Baku
  • İraq İran və Türkiyədən sərhədləri bağlamasını istəyib
    İraq İran və Türkiyədən sərhədləri bağlamasını istəyib

İraq Xarici İşlər Nazirliyi İran və Türkiyənin Bağdaddakı səfirliklərinə rəsmi nota göndərərək bu ölkədən İraq Kürdüstanı ilə bütün sərhəd keçidlərini bağlamaqla yanaşı bu bölgə ilə neft alış-verişlərini təxirə salmalarını istəyib.

İraq Kürdüstanı başçısı Məsud Barzaninin israrı ilə Kürd muxtariyyətinin İraqdan ayrılması üzrə referendumun keçirilməsi ardınca, İraqın mərkəzi hökuməti ilə kürd muxtariyyəti rəhbərliyi arasında gərginlik artıb. 

Süməriyyə Newsun məlumatına görə, İraq XİN sözçüsü Əhməd Məhcub cümə günü bir bəyanatda bildirib: Nazirliyin Türkiyə və İranla əsasən sərhəd keçidləri ilə əlaqədar məsləhətləşməsi onların idarəsi mərkəzi hökumətə təhvil verildiyi zamana qədər davam edəcək. 

Məhcub həmçinin Ərbillə bütün ticarət anlaşmaları, xüsusilə də neft alış-verişlərinin dayandırılmasını İraq Xarici İşlər Nazirliyinin müraciətlərindən adlandırıb və deyib: Bağdad bütün tədbirlərin icrası istiqamətində əməkdaşlqı üçün İran və Türkiyə ilə əməkdaşlıq edir. 

Teqlər