İraq silahlı qüvvələri Kərkükə doğru irəliləyir
İraq silahlı qüvvələri neftlə zəngin olan Kərkük vilayətindəki neft quyularına nəzarəti ələ keçirmək üçün ölkənin şimalına doğru yola düşüblər.
İraqın təhlükəsizlik mənbələrinin verdikləri məlumata görə, İraqn silahlı qüvvələri o cümlədən sürətli reaksiya qüvvələri, terrorizm ilə mübarizə qüvvələri və könüllü xalq qüvvələri Kərkük vilayətinin cənubundakı neft quyularına doğru hərəkət edirlər.
Kərkükün neft quyuları İŞİD-in 2014-cü ilin iyununda başlanan hücumlarının ardınca, İraqlı qüvvələrin nəzarətindən çıxmışdı. Daha sonra, kürd Peşmərgə yaraqlıları bu quyulara nəzarəti ələ keçirmişdilər.
İraq Kürdüstanında separatçı referendumun keçirilməsinin ardınca, İraq hökuməti ixtilaflı məntəqələrdə xüsusilə Kərkükdəki neft quyularına nəzarətin Bağdadın ixtiyarına verilməsini istəyib.
İraq Kürdüstanı yerli rəsmiləri və mediaları isə İraq hökumətinin Kürdüstana hücum etmək niyyətində olması barədə yalan təbliğatlar aparmağa başlayıblar. Bunu nəzərə alaraq, İraqın baş naziri Heydər Əl-İbadi ötən gün İraqın Əl-Ənbar vilayətinin yerli rəsmiləri və tanınmış simaları ilə birgə iclas təşkil edərək, İraq Kürdüstanına hücumla bağlı xəbərləri rədd edib və deyib: Biz ordudan kürd vətəndaşlara və ya digər vətəndaşlara qarşı istifadə etməyəcəyik.