Kərkükdə yenidən İraq bayrağı dalğalanır
-
Kərkükdə yenidən İraq bayrağı dalğalanır
İraq ordusunun Kərkükdə həyata keçirdiyi əməliyyat nəticəsində şəhərin əsas hissəsi və əhəmiyyətli mərkəzləri dövlət qüvvələrinin nəzarətinə keçdikdən sonra bu şəhərin dövlət mərkəzlərində bir daha İraq bayrağı dalğalanıb.
İRNA-nın verdiyi məlumata görə, dünən günortadan sonra Kərkük şəhərinin müxtəlif ərazilərində dövlət qüvvələri yerləşiblər, İcra Hakimiyyəti və vilayət şurasının binaları ordunun nəzarətinə keçib və İraq Kürdüstanının bayrağı binaların üstündən endirilərək bir daha İraqın bayrağı ucaldılıb.
İraqlı mediyalardan əlavə İraqın sosiyal şəbəkələrində də İraq bayrağının Kərkükdə dövlət binaları üzərində ucaldılmasını əks etdirən videolar geniş paylaşılmaqdadır.
İraqın silahlı qüvvələri dünən səhər çağı kürdlərin yiyələnmək istədikləri Kərkük şəhəri və bu ərazilərdəki neft quyularına nəzarəti yenidən bərpa etmək məqsədi ilə əməliyyata başladı və indiyədək ərazilərin böyük bir hissəsi dövlət qüvvələrinin nəzarətinə keçmişdir.