3 livanlı israilə casusluq etdiyini etiraf edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i285367-3_livanlı_israilə_casusluq_etdiyini_etiraf_edib
Həbs edilən 3 livanlı casus sionist rejimin casusluq təşkilatı MOSSAD-da bəzi agentlərlə əlaqədə olduqlarını və onlara məlumat ötürdüklərini etiraf ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 17, 2017 15:28 Asia/Baku
  • 3 livanlı israilə casusluq etdiyini etiraf edib
    3 livanlı israilə casusluq etdiyini etiraf edib

Həbs edilən 3 livanlı casus sionist rejimin casusluq təşkilatı MOSSAD-da bəzi agentlərlə əlaqədə olduqlarını və onlara məlumat ötürdüklərini etiraf ediblər.

Əl-Minar telekanalının verdiyi məlumata görə, həbs edilmiş livanlılar Livan Hizbullahı barədə məlumatlar toplamalı imişlər. 

Bu məlumata görə, Abbas Mustafa Səlamə 2015-ci ildən sionist rejim ilə əməkdaşlığa başlayıb və sosial şəbəkələr vasitəsi ilə MOSSAD ilə əlaqəyə girib. Livanın bəzi cənub bölgələrindən videolar hazırlayaraq göndərmək, terror məqsədi ilə siyasi və partiya rəsmiləri barədə məlumat ötürmək Səlamənin missiyalarına daxil imiş.