Okt 19, 2017 17:19 Asia/Baku
  • İraqın DİN: Təhlükəsizlik qüvvələri Kərkükdə qalacaqlar
    İraqın DİN: Təhlükəsizlik qüvvələri Kərkükdə qalacaqlar

İraqın Daxili İşlər Nazirliyi bəzi mediaların Kərkük vilayətində baş verən son hadisələr barədə dezinformasiyaları barədə xəbərdalıq edərək bildirib ki, İraqın təhlükəsizlik qüvvələri bu vilayətdə qalacaqlar.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, İraqın daxili işlər nazirinin informasiya üzrə müşaviri Əbdül-vəhhab Əttai bu gün bir bəyanat yayaraq bildirib ki, İraqın təhlükəsizlik qüvvələri bu gün öz bazalarında yerləşiblər və Kərkük vilayətinin heç bir yerindən geri oturmayacaqlar. 

Əttayi bildirib: İraq xalqının sərmayəsi təhlükəsizlik qüvvələrinin əlindədir və bu quvvələr bütün bölgələrdə təhlükəsizliyin bərqərar olunması üçün fəaliyyət göstərir və baş nazir Heydər Əl-İbadinin iraqlıların malı və canını mühafizə üzrə əmrlərini yerinə yetirir. 

O deyib: Bəzi mediaların bu sahədəki iddiaları qərəzlidir və İraq xalqını qorxutmaq üçün əbəs cəhdlərdən ibarətdir. 

İraqın birgə əməliyyat qərargahı dünən bir bəyanat yayaraq fitnəçiliklə məşğul olduğu və ümumi fikri həqiqətlərdən yayındırmağa cəhd göstərdiyinə görə, Rudau və Kürdüstan 24 adlı kürd dilli iki telekanalın lissenziyasının ləğv edilməsini istəyib. 

Teqlər