Qərb sahilində sionistlərlə fələstinlilər arasında toqquşma
Sionist rejim hərbçiləri İordan çayının qərb sahilində yerləşən Beyt-Ləhm didərgin düşərgəsində fələstinli gənclərlə toqquşublar.
İRİB-in verdiyi məlumata görə, sionist hərbçilərin bu gün Beyt-Ləhmdə Aidə didərgin düşərgəsində fələstinlilərlə toqquşmalarında bir sionist yaralanıb.
Digər tərəfdən sionistlərin Məscidül-Əqsaya təcavüzlərinin davamında bir qrup sionist qəsəbə sakini sionist hərbçilrəin dəstəyi ilə Məscidül-Əqsaya daxil olub.
Sionist rejim hələ də Qüds sakinlərindən olan fələstinli müsəlman qadınların Məscidül-Əqsaya girişinə qoyduğu qadağanı davam etdirir.
Məscidül-Əqsanın islami və xristian mənliyini dəyişmək və onu sionist atributlarla dəyişmək məqsədi ilə sionist hərbçilər və sionist qəsəbə sakinləri bu müqəddəs məkanı öz cövlangahlarına çeviriblər.