Okt 25, 2017 19:51 Asia/Baku
  • Suriyada silahlı kürdlər neft yataqlarına yiyələnməyə çalışırlar
    Suriyada silahlı kürdlər neft yataqlarına yiyələnməyə çalışırlar

Suriyada "demokratik qüvvələr" adlandırılan silahlı kürdlər Suriyanın neft yataqlarına yiyələnməyə çalışırlar.

Fərat çayının şərqində, Suriyanın neft yataqlarına yiyələnmək üstündə rəqabət elə bir halda şiddətlənibdir ki, Suriya demokratik qüvvələri Diyrəzzur vilayətində yerləşən "Ələmr" neft yatağına yiyələniblər.

Suriya ordusu da son zamanlar Tədmurdan tutmuş Diyrəzzur vilayətinədək olan ərazidə onlarla neft yatağının nəzarətini ələ keçirə bilibdir.

Məlumatlara görə, Amerika "demokratik qüvvələr" adlandırılan silahlı kürdlər vasitəsilə Suriya ordusunun neft yataqlarını terror qruplarından geri almasına yol verməməyə çalışır.

Bu məlumata görə, neft yataqlarına yiyələnmək üzrə səy, Suriyada bu ölkənin ordu qüvvələri ilə Amerikanın tabeliyində olan kürdlər arasındakı gələcək döyüşləri şiddətləndirəcəkdir.

Teqlər