Rusiya Suriya ordusunun terrorçulara tam qələbəsini proqnoz edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i286200-rusiya_suriya_ordusunun_terrorçulara_tam_qələbəsini_proqnoz_edib
Rusiya Müdafiə Nazirliyi Suriya ordusunun terrorçulara tam qələbəsinin yaxın olduğunu proqnoz edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 07, 2017 06:13 Asia/Baku
  • Rusiya Suriya ordusunun terrorçulara tam qələbəsini proqnoz edib

Rusiya Müdafiə Nazirliyi Suriya ordusunun terrorçulara tam qələbəsinin yaxın olduğunu proqnoz edib.

İRNA-nın məlumatına görə, Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin deyib: Suriyada terrorizmlə mübarizə yekun qələbəsinə yaxınlaşır. 

Rusiya müdafiə nazirinin müavini əlavə edib: Rusiyanın aeronavtika qüvvələri terrorçularla mübarizədə Suriya ordusunun quru qoşunlarına dəstək verməklə əsaslı rola malik olmuşlar. 

Fominin sözlərinə görə, terrorçuların taleyi bəlli olub və onlar məhvə məhkumdurlar. 

Suriya ordusu və xalq qüvvələri son aylarda terrorçu qruplaşmalarla qarşılaşmada diqqəti cəlb edəcək uğurlara nail olublar. 

Fərat çayı kənarında Suriya Mirvarisi adlanan strtateji Deyruz-Zur şəhəri üç il İŞİD terror qruplaşmasının mühasirəsində qaldıqdan sonra ötən cümə axşamı günü Suriya ordusu və müttəfiqlərinin terrorçuların işğalından azad etdiyi ərazilərə qoşuldu.