Bukamal şəhərinin azadlığı rəsmən elan olundu
https://azeri.sahartv.ir/news/qərbi_asia-i286313-bukamal_şəhərinin_azadlığı_rəsmən_elan_olundu
Suriya Ordusu və Silahlı Qüvvələri Baş Komandanlığı bir bəyanatda Deyruz-Zur vilayətində Bukamal şəhərinin rəsmən azad olunmasının elan edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 09, 2017 14:20 Asia/Baku
  • Bukamal şəhərinin azadlığı rəsmən elan olundu
    Bukamal şəhərinin azadlığı rəsmən elan olundu

Suriya Ordusu və Silahlı Qüvvələri Baş Komandanlığı bir bəyanatda Deyruz-Zur vilayətində Bukamal şəhərinin rəsmən azad olunmasının elan edib.

Əl-Məyadin televiziyasının məlumatına görə, Suriya Ordusu və Silahlı Qüvvələri Baş Komandanlığı bu gün bir bəyanatda Bukamal şəhərinin azad olunmasını strateji nailiyyət adlandırıb və bildirib: Bu azadlıq regionda İŞİD planının iflası və onun hamilərinin xülyalarının iflasının elan olunmasıdır. 

Bu bəyanatda İŞİD terrorçularının qalan ünsürlərinin təqib olunmasının davam etdiyi vurğulanıb. 

Suriya ordusu çərşənbə günü Deyruz-Zur vilayətində Bukamal şəhərində İŞİD terrorçularını tam şəkildə mühasirəyə aldı. 

Suriyada Bukamal sərhəd şəhərinin 120 min əhalisi vardır. Bu şəhər təxminən üç il idi ki, İŞİD terrorçularının işğalında idi. Bu şəhər İŞİD-in Suriyadakı son dayaq nöqtəsi hesab olunurdu.