Amerikan koalisiyanın Suriyadakı növbəti cinayəti
https://azeri.sahartv.ir/news/qərbi_asia-i286414-amerikan_koalisiyanın_suriyadakı_növbəti_cinayəti
ABŞ-ın başçılıq etdiyi beynəlxalq Anti-İŞİD koalisiyası Suriyada sivil əhaliyə qarşı hücumlarının davamında şənbə günü gecə Suriyanın şərqində yerləşən Deyrəzzur şəhərinə növbəti dəvə havadan zərbələr endirib, 10 mülki həyatını itirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 12, 2017 07:14 Asia/Baku
  • Amerikan koalisiyanın Suriyadakı növbəti cinayəti
    Amerikan koalisiyanın Suriyadakı növbəti cinayəti

ABŞ-ın başçılıq etdiyi beynəlxalq Anti-İŞİD koalisiyası Suriyada sivil əhaliyə qarşı hücumlarının davamında şənbə günü gecə Suriyanın şərqində yerləşən Deyrəzzur şəhərinə növbəti dəvə havadan zərbələr endirib, 10 mülki həyatını itirib.

İRNA-nın verdiyi məlumata görə, Amerikan koalisiyasına aid qırıcı təyyarələr Deyrəzzur vilayətində yerləşən Dəici kəndində bir təcili yardım maşınını hədəfə alıb. Nəticədə təcili yardım maşınında olan 10 nəfərin hamısı o cümlədən xilasedicilər və adi vətəndaşlar həlak olublar. 

Amerikan koalisiyası cari ilin oktyabrında da Deyrəzzura havadan zərbələr endirmiş və 22 mülkini qətlə yetirmişdi. 

Suriya hökuməti dəfələrlə BMT baş katibi və Təhlükəsizlik Şurasının sədrinə Amerikan koalisiyasının Suriyadakı cinayətləri ilə bağlı müraciət edərək, bu hücumların dayandırılmasını istəyib. Amma, indiyə kimi bu hücumların durdurulması istiqamətində hansısa addım atılmayıb.