İraqın müdafiə naziri: Terrorçu qruplar nütfədə boğulacaqlar
Noy 26, 2017 17:52 Asia/Baku
-
İraqın müdafiə naziri: Terrorçu qruplar nütfədə boğulacaqlar
İraqın müdafiə naziri xəbərdarlıq edib ki, İŞİD-dən sonra İraqda yaradılacaq hər hansı qrup nütfədə boğulacaq.
İRNA-nın verdiyi məlumata görə, İraqın müdafiə naziri İrfan Həyali BMT baş katibinin İraq üzrə nümayəndəsinin müavini ilə görüşündə deyib: İraq ordusu bu gün ən güclü şəraitdədir və terrorçu qruplarla qarşılaşmaqda əzmkardır.
İrfan Həyali İraq xalqının terrorçu İŞİD qrupuna qələbəsinə toxunaraq deyib: İraq xalqının ordu ilə əməkdaşlığının İraqın İŞİD-ə qələbəsinin və bu ökədə firqəçiliyə son qoyulmasının əsas amilidir.