İraq Kürdüstanı Parlamentinin sədri: Referendum bir səhv idi
Dek 01, 2017 18:16 Asia/Baku
-
İraq Kürdüstanı Parlamentinin sədri: Referendum bir səhv idi
İraq Kürdüstanı Parlamentinin sədri bu məntəqənin İraqdan ayrılmasına hesablanmış separatçı referendumun keçirilməsini yanlış addım olaraq dəyərləndirib.
Yusif Məhəmməd Sadiq Misirdə çıxan Əl-Əhram qəzetinə verdiyi müsahibədə deyib: İraq Kürdüstanında separatçı referendumun keçirilməsi barədə qərarın çıxarılmasında bu addımın mənfi nəticələri nəzərə alınmayıb.
İraq Kürdüstanı muxtariyyatının başçısı Məsud Barzani daxili və beynəlxalq müxalifətlərə baxmayaraq 25 sentyabr 2017-ci il tarixində bu məntəqənin İraqdan ayrılmasına hesablanmış separatçı referendum keçirdi.
Bu referendumun keçirilməsi ilə Ərbil - Bağdad əlaqələri gərginləşib və İraqın Ali Federal Məhkəməsi referendumun qanunsuz olduğu barədə qərar qəbul edib.