Ərəb Liqası təcili toplanır
Dek 06, 2017 19:53 Asia/Baku
Misir hökuməti bildirib: Ərəb Liqasına üzv ölkələrin xarici işlər nazirləri gələn şənbə günü 9 dekabrda Qüds haqda fövqəladə iclas keçirəcək.
Fars Xəbər Agentliyinin məlumatına görə, Fələstinin müraciəti əsasında Qahirədə keçirilən çərşənbə axşamı günü iclasın sonunda Ərəb Liqası bir bəyanatda ABŞ-dan Beytül-Müqəddəs haqda beynəlxalq qanunlara sadiq qalmasını istəyib.
Bildirilir ki, ABŞ prezidenti Donald Tramp çərşənbə günü ABŞ səfirliyinin Tələvivdən Qüdsə köçürülməsini elan edəcək.
Türkiyə də bildirib ki, İslam Əməkdaşlıq Təşkilatı gələn həftə çərşənbə günü 13 dekabrda Qüds haqda müzakirə üçü İstanbulda iclas təşkil edəcək.