B.Əsəd: Terrorizm üzərində qələbə Suriyada bərpa şəraitini yaradır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i289645-b.Əsəd_terrorizm_üzərində_qələbə_suriyada_bərpa_şəraitini_yaradır
Suriya prezidenti vurğulayıb ki, terrorizm üzərindəki ardıcıl qələbələr Suriyanın bərpası prosesinin sürətlənməsi üçün münasib şərait yaradır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 18, 2017 15:43 Asia/Baku
  • 
B.Əsəd: Terrorizm üzərində qələbə Suriyada bərpa şəraitini yaradır
    B.Əsəd: Terrorizm üzərində qələbə Suriyada bərpa şəraitini yaradır

Suriya prezidenti vurğulayıb ki, terrorizm üzərindəki ardıcıl qələbələr Suriyanın bərpası prosesinin sürətlənməsi üçün münasib şərait yaradır.

Suriya prezidenti Bəşşar Əsəd iqtisadi və dövlət heyətilə Dəməşqə səfər etmiş Rusiyanın baş nazir müavini Dmitri Roqozin ilə görüşdə deyib: Bu qələbələr öz növbəsində Suriya ilə Rusiya arasında əməkdaşlıq üçün daha artıq fürsətlər və geniş iqtisadi üfüqlər aça bilər.

Bu görüşdə iki tərəf qarşılıqlı əlaqələr və iqtisadi həmkarlığın xüsusən neft, qaz, elektrik, neft-kimya, nəqliyyat və ticarət sahələrində genişləndirilməsi yolları barədə danışıbdır.