Bəşar Əsəd: İqtisadi sanksiya Suriyada insani böhranı daha da gərginləşdirdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i289723-bəşar_Əsəd_İqtisadi_sanksiya_suriyada_insani_böhranı_daha_da_gərginləşdirdi
Suriya prezidenti deyib: Suriya xalqına qarşı iqtisadi sanksiya və terrorçularla müharibə bu ölkədə insanı böhranı daha da gərginləşdirdi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 19, 2017 13:32 Asia/Baku
  • Bəşar Əsəd: İqtisadi sanksiya Suriyada insani böhranı daha da gərginləşdirdi
    Bəşar Əsəd: İqtisadi sanksiya Suriyada insani böhranı daha da gərginləşdirdi

Suriya prezidenti deyib: Suriya xalqına qarşı iqtisadi sanksiya və terrorçularla müharibə bu ölkədə insanı böhranı daha da gərginləşdirdi.

İRNA-nın verdiyi məlumata görə, Suriya prezidenti Bəşar Əsəd bu gün Dəməşqdə Qırmızı Aypara Cəmiyyəti və Qızıl Xaç Komitəsinin beynəlxalq birliyindən olan bir heyətlə görüşündə deyib: Suriya dövləti var gücü ilə və bütün orqanları ilə vətəndaşların terrorçu qrupların cinayətləri və qeyri-insani hərəkətləri qarşısındakı əzab-əziyyətlərinin azalmasına səy göstərmişdir. 

Bəşar Əsəd deyib: Bu gün Suriya üçün Qırmızı Aypara Cəmiyyəti və Qızıl Xaç Komitəsi ilə əməkdaşlıq prioritet təşkil edir.