İşğalçı hərbçilər fələstinlilərin mənzillərinə basqın ediblər
Sionist işğalçılar dünən gecə işğal olunmuş Qüdsün şərqində yerləşən Ənata qəsəbəsində fələstinlilərin mənzillərinə hücum ediblər.
Sionistlər həmçinin Ramullah şəhərinin şimalında yerləşən Əlcəlzun düşərgəsinə basqın ediblər.
Fələstinli mənbələr sionist hərbçilərin Qüdsün Səlahəddin küçəsində keçirilən etiraz aksiyasına istiot qazı ilə basqın etmələrindən xəbər veriblər.
Bu məlumata görə, 25 fələstinli bu qazla tənəffüs nəticəsində yanığa və nəfəs çatışmazlığına düçar olubdur.
Dünən habelə sionist qəsbkarların Ramullah, Nablus və Əlxəlil şəhərlərində, eləcə də Qəzzə zolağı və qərb sahilinin digər məntəqələrində aksiyaçılara qarşı hücumlarında 81 fələstinli yaralanıb.
Fələstin xalqının ABŞ prezidentinin Qüdsü sionist rejimin paytaxtı kimi tanımaq üzrə qərarına qarşı etirazları ikinci həftəyə daxil olub. Bu qarşıdurmalarda on fələstinli şəhid olub, çoxlu sayda fələstinli də yaralanıb və ya həbs olunubdur.