Pakistanda anti-ABŞ aksiyası
Pakistanın Karaçi şəhəri əhalisi ABŞ prezidentinin Pakistan əleyhinə ölçülməmiş açıqlamasına etiraz əlaməti olaraq aksiya keçirib.
APTN televiziyasının məlumatına görə, çərşənbə axşamı günü keçirilən bu aksiyanın iştirakçıları ABŞ prezidenti Donald Trampın açıqlamasını pisləyib, "ABŞ-a ölüm!" şüarı səsləndirib və bu ölkə bayrağını yandırıblar.
Etirazçılar ABŞ-ın ekspansionist və təcavüzkar siyasətlərinə nifrətlərini bəyan edərək Donald Tramp hökumətindən Pakistanla davranışına dərhal yenidən baxmasını tələb ediblər.
Bu arada Pakistan Xarici İşlər Nazirliyi ABŞ-ın İslamabaddakı səfiri David Hili Trampın əsassız ittihamlarına etiraz olaraq çağırtdırıb.
Tramp dəfələrlə Pakistanı terrorizmin mərkəzi olaraq adlandırıb. Bu da Pakistan xalqı və rəsmilərinin qəzəbinə səbəb olmuşdur.
ABŞ və Pakistanın münasibətləri Donald Trampın 2017-ci il avqust ayında Pakistan əleyhinə açıqlamasından sonra gərginləşmişdir.