Sionist qəsəbə sakinləri əl-Əqsa məscidinə basqın ediblər
Sionist qəsəbə sakinləri çərşənbə günü bir daha əl-Əqsa məscidinə yürüş ediblər.
Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, bir neçə radikal sionist qrup İsrail rejimi hərbçilərinin dəstəyi ilə Babül-Muğaribə tərəfdən əl-Əqsa məscidinə hücum edib.
Sionist qəsəbə sakinləri əl-Əqsa məscidinə daxil olaraq Telmud izdivac mərasimi keçiriblər.
Qüds İslam Vəqfləri Təşkilatı 2017-ci ildə əl-Əqsa məscidinə təcavüz edən sionist qəsəbə sakinlərinin sayını 25 mindən çox və bu müqəddəs məkana etiraz edən yəhudi tələbələrin sayını üç mindən çox təxmin edib.
Beytül-Müqəddəs şəhərinin islam mentalitetinin əsas simvolu sayılan əl-Əqsa məscidi həmişə sionist rejimin məhvedici hərəkətlərinə məruz qalır.
Bu müqəddəs məkan Beytül-Müqəddəsin islam-xristian kimliyini məhv etmək və sionizmi ön plana çəkmək üçün sionist hərbçilər və qəsəbə sakinlərinin at oynatdığı məkana çevrilib.