İsrail hərbçiləri Qərb Sahilinə basqın ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i291307-İsrail_hərbçiləri_qərb_sahilinə_basqın_ediblər
Qüdsü işğal etmiş İsrail rejiminin hərbi bölmələri İordan çayının qərb sahilinə basqın edərək, bir fələstinli gənci yaralayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 05, 2018 12:13 Asia/Baku
  • İsrail hərbçiləri Qərb Sahilinə basqın ediblər

Qüdsü işğal etmiş İsrail rejiminin hərbi bölmələri İordan çayının qərb sahilinə basqın edərək, bir fələstinli gənci yaralayıblar.

Əl-Aləm kanalının verdiyi məlumata görə, Fələstin mənbələri bu gün cümə bildiriblər ki, İsrail hərbçiləri Ramallah, Ləbirə və Əl-Xəlil şəhərlərinə hücum edərək, bir fələstinli gənci odlu silahdan atəş açaraq, yaralayıblar. İsrail hərbçiləri həmçinin, bir fələstinli gənci də həbs ediblər.

Başqa bir məlumata görə, yanvarın üçündə Ramallahın qərbində İsrail hərbçiləri tərəfindən şəhid edilən fələstinli gənc Müsəb Fəras Təmiminin dəfn mərasimində müqavimətin davamına təkid edilib.

Bu fələstinli gəncin dəfn mərasimində İsrail hərbçiləri ilə fələstinlilər arasında insident baş verib. Çıxan qarşıdurmada bir qrup fələstinli yaralanıb. Yaralılardan birinin vəziyyəti ağır elan edilib.

Fələstinlilər və İsrail hərbçiləri arasındakı toqquşmaların yeni mərhələsi 6 dekabr 2017-ci il tarixində ABŞ prezidenti Donald Trampın Qüdsü İsrail rejiminin paytaxtı olaraq tanımasının ardınca başlanıb. İndiyə kimi bu toqquşmalarda 18 fələstinli şəhid olub, yüzlərlə nəfər yaralanıb.