İsrail hərbçilərinin hücumlarında bir qrup fələstinli yaralanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i292333-İsrail_hərbçilərinin_hücumlarında_bir_qrup_fələstinli_yaralanıb
İsrail hərbçilərinin İordan çayının qərb sahilində, Nəbi Saleh kəndinə olan hücumu zamanı bir qrup fələstinli yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 14, 2018 16:59 Asia/Baku
  • İsrail hərbçilərinin hücumlarında bir qrup fələstinli yaralanıb
    İsrail hərbçilərinin hücumlarında bir qrup fələstinli yaralanıb

İsrail hərbçilərinin İordan çayının qərb sahilində, Nəbi Saleh kəndinə olan hücumu zamanı bir qrup fələstinli yaralanıb.

İRİB-nin verdiyi məlumata görə, fələstinlilər Nəbi Saleh kəndində Qüdsü və həbsdə olan fələstinli qız Əhd Əl-Təmimini himayə məqsədi ilə aksiya keçiriblər.

İsrail hərbçiləri aksiya iştirakçılarına hücum edərək, 15  nəfəri həbs ediblər.

16 yaşlı fələstinlı qız Əhd Əl-Təmimi ötən dekabr ayından İsrail məhbəslərində saxlanılır. 2 gün sonra onun məhkəmə iclası keçirilməlidir. Əl-Təmimi İsrail hərbçilərini evlərinin həyətindən çıxartmağa səy göstərməkdə ittiham edilir. O, İsrail hərbçisinin üzünə şillə vuraraq, onları öz evlərindən çıxmağa məcbr edib.

İsrailin müharibə naziri Əl-Təmiminin ailə üzvləri və yaxınlarının işğal edilmiş ərazilərə girişinin qadağan edilməsi barədə göstəriş verib.