İsrail hərbçiləri fələstinlilərə qarşı güc tətbiq ediblər
Yan 17, 2018 16:56 Asia/Baku
İşğalçı sionist rejim hərbçilərinin İordan çayının qərb sahilində yerləşən Qilqiliyə şəhərinə etdikləri basqın zamanı bir qrup fələstinli yaralanıb.
Fələstin İnformasiya Mərkəzinin verdiyi məlumata görə, İsrail hərbçiləri və sionist qəsəbə sakinləri çərşənbə axşamı gecə Qilqiliyanın şərqində yerləşən Əzun qəsəbəsinə hücum ediblər. Bu hücum zamanı İsrail hərbçiləri gözyaşardıcı qaz və plastik güllələrdən istifadə ediblər.
Hadisə zamanı təqribən 100 fələstinli müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Zərərçəkənlər arasında bir qrup qadın və uşaq da var.
Teqlər