Suriyanın şimalında yüzlərlə kürd ölüb
Yan 28, 2018 14:26 Asia/Baku
-
Suriyanın şimalında yüzlərlə kürd ölüb
Türkiyə ordusu Suriyanın şimalında Türkiyəyə müxalif kürdlərdən yüzlərlə nəfərin öldüyünü bildirib.
İRİB-in məlumatına görə, Türkiyə Ordusu Baş Qərargahı Suriyanın şimalında Afrin əməliyyatının 9-cu günündə Zeytun Budağı əməliyyatı başlandıqdan bəri 484 kürd yaraqlının öldürüldüyünü bildirib.
Bundan öncə Türkiyə ordusu qərargahı Suriyanın şimalında Türkiyəyə müxalif kürdlərin tələfatının sayını 343 nəfər elan etmişdi.
Türkiyənin Suriyanın şimal-qərbində Afrin şəhərindəki Zeytun Budağı əməliyyatı 20 yanvardan başlanıb və 9 gündür davam edir.
Teqlər