İraq ordusu və Həşdüş-Şəəbi qüvvələri İŞİD qalıqlarının təqibindədir
Yan 28, 2018 20:34 Asia/Baku
-
İraq ordusu və Həşdüş-Şəəbi qüvvələri İŞİD qalıqlarının təqibindədir
İraq silahlı qüvvələri, o cümlədən ordu və Həşdüş-Şəəbi qüvvələri İranla sərhəd bölgələrdə İŞİD qalıqlarının təqibi üçün geniş hərbi əməliyyata başlayıblar.
İRNA-nın məlumatına görə, İraq komandanlarından Məzhər əl-Əzavi deyib: Bu əməliyyat şənbə günü İraqın müxtəlif hərbi qüvvələri, o cümlədən ordu, polis, Həşdüş-Şəəbinin iştirakı ilə İraqın şərqində Diyalə vilayətində başlanıb.
Məlumata görə, əməliyyatda İŞİD-in bir sıra mərkəzləri və gizli məkanları müəyyənləşdirilib. İraq qüvvələri bundan öncə də Diyalə vilayətinin müxtəlif bölgələrində İŞİD ünsürlərinin təqib olunması üçün bir neçə hərbi əməliyyat keçiriblər.