Soçi konfransı təxirlə başlayıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i294059-soçi_konfransı_təxirlə_başlayıb
Suriya milli dialoqları Rusiya prezidentinin müraciəti və iki saat otuz dəqiqə təxirlə Soçidə başlanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 30, 2018 12:58 Asia/Baku
  • Soçi konfransı təxirlə başlayıb
    Soçi konfransı təxirlə başlayıb

Suriya milli dialoqları Rusiya prezidentinin müraciəti və iki saat otuz dəqiqə təxirlə Soçidə başlanıb.

Rusiya prezidenti Vladimir Putin bu ölkənin xarici işlər naziri Sergey Lavrov tərəfindən qiraət olunan müraciətində deyib: Soçidə Suriya milli dialoqları konfransının keçirilməsində məqsəd, bu ölkədə yeddi il sürən böhrana son qoymaqdır.

Putinin müraciətində deyilir: Suriya milli dialoqları bu ölkə böhranının həllinə və Suriyada terrorizmin meydan sulamasına son qoyulmasına kömək etməli və bu ölkə xalqını birləşdirməlidir.

Rusiya prezidenti öz müraciətində belə qeyd edib: Qazaxıstanın paytaxtı Astanada İran, Rusiya və Türkiyənin iştirakı ilə keçirilən müzakirələr gedişində Suriyada gərginliyin azaldılması məntəqələri yaradıldı və suriyalılar arasında etimiad səviyyəsi artdı.

Sergey Lavrov Putinin müraciətini oxuyub qurtardıqdan sonra bu konfransın təşkilinə görə, İran və Türkiyədəki şəriklərinə təşəkkür edib.

Rusiya xarici işlər nazirliyinin dəvətilə bütövlükdə 1511 suriyalı Soçi konfransında iştirak edir.

Suriya milli dialoqları konfransının ilk günü, yəni bazar ertəsi günü bu müzakirələrin himayədarları kimi İran, Rusiya və Türkiyə nümayəndələrinin ikitərəfli görüşləri və üçtərəfli məşvərətlərinə ayrılmışdı.