2 milyondan çox iraqlı öz ev-eşiyinə qayıdıb
İraqın miqrasiya naziri deyib: İndiyədək İŞİD terrorçularının cinayətlərinə görə öz ev-eşiklərindən didərgin düşmüş 2 milyon yarım iraqlı öz evlərinə qayıdıb.
Sinxuanın verdiyi məlumata görə, İraqın miqrasiya naziri Casim Məhəmməd Əl-Caf deyib: Hal-hazırda didərginlərin öz evlərinə qayıtmaları bu nazirliyin və İraqın ali imdad komitəsinin ən əsas məşğul olduğu məsələdir.
Əl-Caf deyib: Didərginlərin öz evlərinə qayıtmaları əməliyyatı davam edir və Əl-Ənbar və Neynəva vilayətlərində bu əməliyyatlar qənaətbəxşdir.
İraqın miqrasiya naziri müxtəlif qurumlardan istəyib ki, İŞİD-in işğalından azad olunan bölgələrdə lazımı xidmətlərin təqdimini gücləndirsinlər.
İraqın Miqrasiya Naziryinin bildirdiyinə görə, Əl-Ənbar, Səlahəddin və Neynəva vilayətləri, eləcə də Dəyalə və Kərkük vilayətlərindən 5 milyon insan didərgin düşüb.
İraqın baş naziri Heydər Əl-İbadi bu ölkə parlamentinin son iclasında bildirib ki, onun hökuməti didərginləri öz ev-eşiklərinə qaytarmağa və onlara ilkin xidmətlər təqdim etməyə çalışır.