Qüds İntifazəsi bu şəhərin azad edilməsi üçün yeganə yoldur
Fev 07, 2018 14:50 Asia/Baku
Ötən 24 saat ərzində 3 fələstinli mübarizin şəhid edilməsinin ardınca Fələstin İslami Müqavimət hərəkatının sözçüsü deyib: Fələstinli gənclərin intifazəsi Qüdsün azad edilməsinin yeganə yoludur.
İsrail rejimi bu gün səhər İordan çayının qərb sahilində, Əl-Xəlil şəhərinin şimalında bir fələstinli gənci güllələyərək, şəhid edib. Dünən də iki fələstinli mübariz İsrail hərbçiləri tərəfindən şəhid edilmişdi.
Mehr İnformasiya Agentliyinin verdiyi məlumata görə, Həmas-ın sözçüsü Hazem Qasem fələstinlilərin İsrail rejiminin təcavüzkar siyasətləri qarşısındakı müqavimətinə işarə edərək, deyib: Ötən 24 saat ərzində 3 fələstinli mübarizin şəhid edilməsi Fələstində davamlı bir intifazənin şahidi olduğumuza dəlalət edir.
Teqlər