Fev 14, 2018 20:58 Asia/Baku
  • İraqda xarici sərmayə qoyuluşuna yeni fürsətlər
    İraqda xarici sərmayə qoyuluşuna yeni fürsətlər

İraqda 2018-ci ilin quruculuq ili elan edilməsi ilə xarici şirkətlərin bu ölkədə sərmayə qoymalarına münasib fürsətlər yaranmış olub.

İraqın 2018-ci ili quruculuq və abadlıq ili elan etməsini nəzərə alaraq, İran da daxil olmaqla xarici ölkə şirkətlərinin İraqda fəaliyyət perspektivini araşdırmağın zamanı gəlib çatmışdır.

İraq rəsmisi bu barədə deyir: “İraqın Proqramlaşdırma Nazirliyi 10 illik bir inkişaf proqramı hazırlayıb. Bu proqram xarici şirkətlərin İraqda abadlıq layihələrinin icrasında o cümlədən 147 min yeni yaşayış mənzilinin tikilməsi layihəsində iştirakına imkan verir.”

İlkin hesablamalara görə, İraqda abadlıq layihələrinin həyata keçirilməsi minimum 90-100 milyard vəsaitə ehtiyaclıdır. Xüsusilə terrorçular ilə savaşdan ən çox zərər çəkmiş məntəqələr olaraq Mosul, Kərkük, Səlahəddin, Ələnbar və Diyalə vilayətləri abadlıq layihələrinin həyata keçirilməsi üçün xarici sərmayə qoyuluşuna ən çox ehtiyacı olan məntəqələrdirlər.
İraq rəsmilərindən biri bu barədə deyir: “İŞİD-in İraqa hücum etməsindən sonra çoxlu sayda xəstəxana, məktəb və elektrik stansiyası ciddi dağıntılara məruz qaldı. İndi, neft ixracatının artırılması və İraqın adının BMT nizamnaməsinin 7-ci bəndindən çıxarılması ilə ölkəmizi yenidən abad etmək fürsəti yaranıb.”

İndi, əsas sual İraq şirkətlərinin təklikdə ölkədə quruculuq işlərini həyata keçirməyə qadir olub-olmamaları məsələsidir. İraqlı iş adamlarından biri bu xüsusda öz fikirlərini bizimlə bölüşərək, xarici sərmayələrin cəlb edilməsi zərurətindən danışdı: “Biz ölkənin yenidən abadlaşdırılmasında xarici şirkətlərə dəstək ola bilərik. Təsəvvürümə görə, İraqın bərpa edilməsi xarici şəriklərin tapılması üçün münasib fürsət sayılır.”

İranlı sərmayə sahiblərinin İraqda iqtisadi fəaliyyətlə məşğul olmasını asanlaşdıran məsələlərdən biri, İranın özəl və dövlət banklarının İraqda nümayəndəliklərə malik olmasıdır: “Bizim bu şirkətlər üçün dollar istisna olmaqla digər valyutalar üçün “LC” açmaq imkanımız var. Onlara zəmanətnamələr verə bilərik. İraqlı sərmayə sahiblərinə borclarının ödənilməsi üçün zəmanət verə bilərik. Həmçinin, buradan İrana pul köçürmələrini təşkil edə bilərik.”

İraqın əsas sərmayə qoyuluşu sahələrindən biri maye qazın istehsalıdır. Halbuki, bu fürsət illərdir ki, istifadəsiz qalıb və ölkə əhalisi ondan faydalana bilmir.

 

 

Teqlər