Suriya ordusunun tabeliyində olan xalq qüvvələri Afrinə daxil olub
-
Suriya ordusunun tabeliyində olan xalq qüvvələri Afrinə daxil olub
Suriya ordusunun tabeliyində olan xalq qüvvələri suriyalı kürd yaraqlılarını müdafiə məqsədi ilə Afrin şəhərinə daxil olub.
Əl-Məyadin telekanalının verdiyi məlumata görə, Suriya hərbi rəsmiləri Suriya ordusunun tabeliyində olan qüvvələrdən daha öncə Afrinə daxil olublar. Xalq qüvvələrindən bəzi qruplar isə Nobbol qəsəbəsində yerləşən Əl-Ziyarə keçidi vasitəsi ilə Afrinə daxil olublar.
Bu məlumata görə, Suriya ordusunun dəstəklədiyi bu qüvvələrin Afrinə daxil olmaları Suriya dövləti tərəfindən Türkiyəyə bir mesajdır ki, rəsmi dəməşq Ankaraya Suriya torpaqlarına hərbi fəaliyyət icazəsi verməyəcək.
Suriya mediyaları isə bildiriblər ki, Türkiyə ordusu Suriya ordusunun tabeliyində olan xalq qüvvələrinin mövqelərini Hələbin şimalında Mare bölgəsində havadan və artileriyadan hədəfə alıb.